Yaxşı ki, bu dünyada VARSAN, Aygün… 

QəbələPress.info
title

Bu gün ONUN günüdür. Dünyaya göz açdığı gün…

Mənim əzəli, əbədi DOSTum, Vətənini, Millətini hər şeydən çox sevən Aygün Həsənoğlunun dünyaya gəldiyi gündür. Dünyaya gəlişin mübarək, BACIM!!!

Yaxşı ki, bu dünyada VARSAN!!!

Dünyanı öz şəxsiyyətinlə, saflığınla gözəlləşdirirsən, sevindirirsən! Bilirsən, Mən çox az sayda İNSANa şeir həsr etmişəm. Onlardan biri də SƏNSƏN!!!Bu yeni yaşını həmin şeirlə təbrik edirəm!!! Bu ifadəni “Mən xoşbəxt olmağa doğulmamışam” ifadəsini SƏN söyləmişdin. Mən də təsirlənib yazmışdım. Bütün xoşbəxtliklər SƏNİN olsun!!!

MƏN XOŞBƏXT OLMAĞA DOĞULMAMIŞAM
(Aygün Həsənoğluna)
Bu dünya qəlbimə, ruhuma dardır,
Üstümdə dağ boyda söz yükü vardır,
Sevinjə vurğunam, qəm mənə yardır,
Mən xoşbəxt olmağa doğulmamışam.

Bir qəlbin qapısı bağlı üzümə,
Dünyanın kədəri hopub sözümə,
Gejələr dərdlərim ağlar üzümə,
Mən xoşbəxt olmağa doğulmamışam.

Gözlərim doyubdur, eh, ruhu ajam,
İlahi, su çilə qəlbimə bir jam,
Səhrada göyərən tənha ağajam,
Mən xoşbəxt olmağa doğulmamışam.

İnsanlar anlamaz, daş duyar məni,
Baharlar tanımaz, qış duyar məni,
Torpaq, ağaj, çiçək, quş duyar məni,
Mən xoşbəxt olmağa doğulmamışam.

Nə mələk, nə şeytan, nə də insanam,
Rəvamı bir sözün oduna yanam?
Qara dərdiylə saç ağardan anam,
Mən xoşbəxt olmağa doğulmamışam.

Yanaram ojaqda közün dərdinə,
Ağlaram varaqda sözün dərdinə,
Bilinməz şairin, axı, dərdi nə?
Mən xoşbəxt olmağa doğulmamışam.

Rəsmiyyə SABİR

Resmiyye Sabir adlı şəxsin şəkli.

Resmiyye Sabir adlı şəxsin şəkli.

müstəqil.az

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense