Polad Bülbüloğlu Putinin qarşısında Azərbaycan dilində oxudu, ermənilər isə yenə təxribata əl atdı - VİDEO

QəbələPress.info
title

Rusiyanın paytaxtı Moskva şəhərinin ad günü tədbirində Rusiya prezidenti Vladimir Putin, hökumət başçısı Dmitri Medvedev, Moskva şəhərinin meri Sergey Sobyanin, Qazaxıstan sabiq prezidenti Nursultan Nazarbayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər fəxri qonaq qismində iştirak ediblər.
QəbələPress.info  baku.ws-ə istinadən xəbər verir ki, bayram tədbirində Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını Azərbyacan dilində ifa edib.
Tədbirdə ermənilər yenə də təxribata əl atıblar. Ermənilər rəsmilərin izlədiyi konsert proqramında qədim türk aləti olan balabanın müşayiəti ilə “Berd” rəqsini oynayıblar.
Qeyd edək ki, “Berd” qədim Azərbaycan rəqsi “Yallı”nın oğurlanmış elenmentləri əsasında hazırlanıb.
Bayram tədbirini 1,7 milyon şəhər sakini izləyib.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense