Uca zirvələrin fatehi: Xalqa bəxş olunmuş ömür...

QəbələPress.info
title

Deyirlər gözlər qəlbin aynasıdır və insanın daxili gözəlliyi, onun simasına dəlalət edir.
Bəli! həqiqətəndə bu  söz  elə-belə deyilməmişdir.Ululardan bizlərə qədər gəlib çatmış bu kəlam hər zaman təsdiqini tapmışdır.Hər bir insanın daxili aləmi; qəlbən gözəlliyi,ruhən saflığı,paklığı xarici görkəmi ilə ciddi şəkildə eynilik,vəhdət yaradır.Çünki yaranışdan dünyaya necə bir insan kimi gəlirsənsə bu bütün əməllərində,niyyətlərində bir sözlə həyatı boyunca bizləri tərk etmir.Bəlkədə necə bir insan olduğumuz taleyimizə,anlımıza yazılır.                               

1992-ci ildə VIII  sinifdə oxuyurdum. Sinif rəhbərimiz hamımızın sevimlisi Axundova Aliyə müəllimə bizlərə yeni bir guşə açacağımızı söylədi və bir kitab,  bir foto şəkil göstərdi.Onu da dedi ki,guşəmiz bu şəkildə gördüyünüz şəxsə aid olacaq.Güşəni hazırladıq,kitabı da ,fotonu da guşəyə əlavə etdik.Aliyə müəllimənin xoş xatirələridə bu guşədə geniş yer tutdu.  O böyük həvəslə  xatirələrini bir daha bizə söylədi və bu ləyaqətli,şərəfli ömür yolu keçən insanı heç vaxt unutmayacağını, Azərbaycan üçün bu şəxsin  əvəzedilməz təhsil fədaisi,böyük pedaqoq,millətin,xalqın övladlarının  maariflənməsi işində hərtərəfli  şəkildə ölçüyəgəlməz işlər gördüyünü,  Minirə xanım Qarayevanın onun universitetdə müəllimi  olduğunu söylədi.Azərbaycanda ali  məktəblərdə  Minirə xanımın ingilis dilinin tədrisinə böyük təkan verdiyini,bu dili əsaslı şəkildə  tələbələrə çatdırılmasında əzm və fədakarlıqlar göstərdiyini qeyd etdi. Sonra bildim ki,bu kitab milli auditoriya üçün yazılmış dərslikdir,-“İngilis dilinin fonetikası” .İlk olaraq mən bu insan haqqında belə qiyabi şəkildə tanış oldum. O dərin mənalı gözlərdə zəkanın ,yüksək mənəviyyatın,şərəfli ömrün ,müdrik əməllərin,cəsarətin, məsulliyətin, xeyirxahlığın zəfər  və qalibiyyətini aydın şəkildə görmək olurdu.Minirə xanım haqqında bu   məlumatlar məndə böyük maraq doğurdu.

Zaman keçdi bu  nurani simalı, xeyirxah əməllər sahibi,elmin, tərəqqinin inkişafında Vətən üçün,Azərbaycan üçün əsl vətənpərvər vətəndaş kimi ləyaqətli bir şəkildə mənalı bir ömür yolu keçən Minirə xanımı  üzbəüz
gördüm.                                                                                                     

Hər zaman şərəfli və mənalı ömür yolunu Azərbaycan övladlarının  təhsili uğrunda bir pedaqoq ,bir alim kimi sözün əsl mənasında fədakarlıq etmişdir.İngilis dilinin düzgün şəkildə tədrisi,fonetikasının təhlili işi sahəsində böyük ,yaradıcı işlər görmüşdür. Vətənpərvər,yaradıcı ,xeyirxah insan elmi bilik və bacarığı sahəsində Azərbaycanımızı bütün dünyaya tanıtdı,intellektual zəkası ilə bir çox xarici ölkələrin elm aləmini fəth etdi.

Humanist vətənpərvər, xeyirxah insan Minirə xanım Qarayeva hər zaman Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyi ilə təmasdadır.Hər zaman yeni hər hansı bir kitabını muzeyimizə hədiyyə edəndə sevincimizin həddi ”“hüdudu olmur.Sevinirik ki, İlahi !bu insan yorulmaq bilmir,ömrünün 80 -ci baharında o yenə də axtarışlar,elmi araşdırmalar ardıncadır.Ömrünün qalan hissəsini yenə də xalqa bəxş etməkdədir.

Muzeyin böyük bir zalında Minirə xanım Qarayevanın bütün ömür yolunun zəhməti hesabına başa gələn  elmi əsərləri,sənədləri, fəxri -fərmanlar, diplomlar və s. kimi materiallar daimi güşədə sərgilənmişdir. Hətta Sivas Cümhuriyyət Universitetində  geniş fəaliyyətinin mükafatı,fəxri-diplomu 2005-ci ildə Hindistanda J.Qandi tərəfindən “Sülh Assambleyasında”layiq görüldüyü “Gümüş Tabaq”,və digər mükafatlar muzeyimizin ekspozisiyasında daimi guşədə sərgilənməkdədir.Profesor-pedaqoq kimi ,alim kimi Azərbaycan təhsili uğrunda Minirə xanım demək olar ki, əlindən gələn bütün nailiyyətləri xalqımıza bəxş etmişdir. Zamanında təhsilə,elmə töhvələr bəxş edən, millətin savadlanması,maariflənməsi uğrunda əzm və fədakarlıq göstərən Minirə xanım bu gün “Xoş niyyət”adlı Xeyriyyə İctimai Birliyinin prezidenti kimi ölçüyəgəlməz işlər görməkdədir.Əvvəllər xalqa ,xalqın övladlarının təhsili, savadı  naminə çalışan Minirə xanım indi də  saleh, xeyirxah əməllər ardıncadır.Demək olar ki, o ömrünü bütünlüklə xalqa həsr etdi.

Hamımız yaxşı bilirik ki,bu il Minirə xanımın 80 illik yubileyi  hərtərəfli şəkildə qeyd olunmaqdadır.  Belə silsilə yubiley axşamı ,Minirə xanımın 80-illiyi Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində də  böyük təntənə  ilə,geniş şəkildə   həyata keçirildi. İlk olaraq fədakar ,mənalı ömür yolu haqqında muzeyin direktoru Xalis Məmmədov geniş şəkildə söhbət açdı.Minirə xanımın Azərbaycan təhsilində, Türkiyə təhsil  sistemində geniş əməyi, Amerika, İngiltərə,Yunanıstan,Hindistan,italiya,Liviya  və s. xarici ölkələrdə elmi fəalliyyəti ilə bağlı tədbir iştirakçılarına geniş məlumatlar verdi və   güşəyə baxış keçirildi.Guşədəki bütünlüklə hər  nə varsa  Minirə xanımın yaradıcı ömrünün bəhrələri,zəhmətinin , əməyinin bariz nümunəsidir.Tədbir iştirakçıları hər kəs Minirə xanıma çox diqqətlə qulaq asır,onun bütün söhbətləri əsnasında onun böyük cəsarətə,zəngin daxili aləminə,yüksək səviyyəli bacarığına valeh oldular.Ulu öndərimiz,dünyaşöhrətli siyasətçi  Heydər Əliyevin sağlığında onunla görüşü haqqında  xatirələrini ,xarici ölkələrdə,konfranslarda, simpoziumlarda Azərbaycan  naminə gördüyü böyük  işlər haqqında,qazandığı nailiyyətlərdən geniş mövzuda söhbət açdı.Tədbir zamanı Minirə xanımın həyat və yaradıcılığını əks etdirən ”Professor Minirə Qarayevanın ömür səhifələri”adlı yeni kitabının təqdimat mərasimi təşkil olundu.O,hər bir tədbir iştirakçısına şəxsi imzası ilə kitabdan hədiyyə etdi. Hər zaman yardımsevərliyi,xeyirxahlığı özünə bir vətəndaş borcu bilən Minirə xanım bütün bunlarla yanaşı   elə tədbir əsnasında yardıma ehtiyyacı  olan bir ailə üçün də  maddi yardımını əsirgəmədi.

Deyərdim ki, dünyanı qarış- qarış gəzən, hər bir ölkədə elmi,yaradıcı fəaliyyəti ilə zirvələri fəth edən Minirə xanım bütün bunlarla bərabər ən ülvi,saf,ali insani keyfiyyətləri,nurlu siması ilə hər kəsin sevimlisidir.Bu ömür yoluna nəzər saldıqda görürəm ki,bu insan  yalnız xalq üçün doğulub,millət üçün yaşayıb,dövlətimiz üçün yaradıb.Bütün ali,insani keyfiyyətləri özündə cəmləşdirən Minirə xanımın simasında bütünlüklə bunları görmək olar.Hər il mütəmadi olaraq Qurban bayramı ərəfəsində neçə-neçə ailəyə Qurban payı verən,o cümlədən muzeyin kollektivi üçün də xüsusi olaraq Qurbanlıq qoyun kəsdirərək bu müqəddəs bayramın əsl sevincini yaşamaqdadır Minirə xanım.Minirə xanım 80 illik ömrünün çoxunu bir pedaqoq kimi xalqın maariflənməsində, elmi inkişafı yolunda, bu gün isə ictimai siyasi fəaliyyətini Vətəni, vətən övladlarının sabahı gələcəyi naminə böyük humanist,xeyirxah işləri göz qarşısındadır. Minirə xanımın dünyaya gəlişi xalqımızın böyük təntənəsi,gördüyü işlər isə tarixə qovuşaraq bir xeyirxahlıq dastanı yaratdı.Azərbaycan qadının əsl siması ,xeyirxah əməllər sahibi olan Minirə xanım hər zaman xalqın gələcəyi naminə yaşayıb yaradan ,xalqın anası kimi kimsəsiz ,aztəminatlı ailələrə yardımını bu gün də davam etdirməkdədir.      

                    

Hər bir millətin necə inkişaf etməsi ,tərəqqisini ,elmi səviyyəsini onun elm adamları,alimləri göstərir.Mən deyərdim ki,təkcə Minirə xanımın ömür, həyat yolluna,elmi yaradıcılığına nəzər yetirməklə xalqımızın necə böyük tərəqqiyə,elmi inkişaf səviyyəsinin yüksək pilləsində olduğunu görərik.Onun daxili gözəlliyini,saflığını,yüksək mədəniyyətini ,ali zənginliyini zahirən görmək asandır,onun əməlləri bunun bariz nümunəsidir.Qadın sadəliyilə,mələk siması ilə hər kəsin ürəyinə yol tapan, hamının sevgi və rəğbətini qazanan Minirə xanım 100 yaşayın.Sizə bu xeyirxah işlərinizdə can sağlığı,uzun ömür,arzulayırıq.Adınızın sizin həyatınıza böyük rolu oldu.Minirə xanım bundan sonrakı yollarınız da adınızın mənası kimi nurlu,işıqlı,təmiz,aydın olsun.Minirə xanım şərəfli,ləyaqətli,fədakar ömür yolunda sizə dünyanın ən böyük gözəllikləri bəxş olunmuşdur.                                       80 illik həyatınız boyunca siz Azərbaycanın  tarixinin hər bir  şanlı səhifəsində özünəməxsus, dəyərli sətirlər yazdınız, 80 illik ömür yolunda zəngin Azərbaycan tarixi yaratdınız. 80 illik həyatınız hər birimiz üçün,bütün Vətən övladları üçün bir örnək,həyat dərsidir Minirə xanım.                                                                                   Ulu yaradan həyatda gözəl nə varsa sizə bəxş etmişdir.Nurlu sima,pak müqəddəs əməllər,Azərbaycan qadınına məxsus müsbət  keyfiyyətlər,elm,təhsil,tərəqqi yolunda nailiyyətlər,xeyirxah əməllər,etibarlılıq,kövrək ,istiqanlı,həsas ana mərhəməti,ana ürəyi.Arzum budur ki daim bu  gözəllikləri seyr edək Minirə Xanım.Xüsusu olaraq muzey kollektivi adından  Sizə can sağlığı,uzun ömür arzulayırıq.Yüz yaşayın ,sizin həyatda varlığınız hər bir vətən övladının gələcək həyatının elmi  inkişafı,ehtiyacı olan kəslərin  ümidi  deməkdir.Siz bütün əməllərinizlə ömrünüzü xalqa bəxş edərək  uca zirvələri fəth etmisiniz!

                                                                                

İlhamə Seyidova                                                   

Qəbələ Rayon Tarix-Diyarşünaslıq    

Muzeyinin  kiçik elmi işçisi

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense