Lox Ness əjdahası həqiqətdirmi? - Alimlər cavab verdi

QəbələPress.info
title

Beynəlxalq alimlər komandası Yeni Zelandiyanın Otaqo Universitetinin professoru Nil Cemelin başçılığı ilə bir ildən çox Şotlandiyanın Lox Ness gölünü araşdırıb və əfsanəvi əjdahanın varlığını sübut edən heç bir dəlil tapmayıb.



Bu barədə "New Zealand Herald" nəşri yazır.

Alimlər gölün müxtəlif sahələrində və müxtəlif dərinlikdə sudan 250 nümunəni analiz ediblər.

N.Cemelin bildirdiyinə görə, göldə olan bütün canlıların DNT-ləri suda mütləq qalır: pulcuqlar, soyulmuş dəri, lələk və ya sidik halında. Bütün nümunələrdən götürülən genlər araşdırılıb və alınan 500 milyon kombinasiya elmə məlum olan bütün bioloji növlərin məlumat bazası ilə müqayisə olunub.

"Əldə olunan nəticələrə əsasən, pleziozavrın varlığı barədə deyilənləri təsdiq etməyin mümkün olduğunu düşünmürəm", - deyə professor bildirib.

Qeyd edək ki, Lox Ness əjdahası (ing. Loch Ness Monster) uzun boğazı, balaca başı və böyük bədəni olan, dinozavra bənzəyən naməlum əfsanəvi heyvandır.

Bu mifik varlıq öz adını Şotlandiyada yerləşən Lox Ness gölündən götürüb. Gölün orta dərinliyi təxminən 130 metr, maksimal dərinliyi isə 230 metrdir. Suyu bulanıq olduğundan onu tədqiq etmək çox çətindir.

Lox Ness əjdahası barədə ilk dəfə qədim romalılar məlumat verib. Onun haqqında yazılı şəkildə ilk dəfə VI əsrdə Şotlandiya rahibinin əlyazmasında rast gəlinir./oxu.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense