Qəbələdə müəllimlərin sentyabr konfransı keçirildi

QəbələPress.info
title Sentyabr ayının 5-də rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

QəbələPress.info
-nun məlumatına görə, konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Əsgər Quliyev iştirak etmişdir.
. Konfransı giriş sözü ilə o, açmışdır.
Konfrans öz işinə dövlət himninin səsləndirilməsindən sonra başlamış,  rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova 2018-2019-cu dərs ilinin yekunları növbəti dərs ilində qarşıda duran vəzifələr haqqında məruzə etmişdir.

Sonra Əsgər Quliyev konfransdakı çıxışında Prezident İlham Əliyev başda olmaqla Respublikada təhsil sahəsində həyata keçirilən tədbirlərdən, təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan söz açmışdır.
O, eyni zamanda Qəbələ təhsil müəssisələrinin 2018-2019-cu dərs ilindəki fəaliyyətini təhlil etmiş, növbəti dərs ilində qarşıda duran vəzifələrdən danışmışdır.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Bununla da rayon müəllimlərinin sentyabr konfransı öz işini başa çatdırmışdır.



Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense