"Qəbələ" Sənan Qurbanovun istefasını qəbul edib

QəbələPress.info
title

"Qəbələ" rəhbərliyi Azərbaycan Premyer Liqasının III turunda “Keşlə”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi postundan getdiyini bildirən Sənan Qurbanovun istefasını qəbul edib.

QəbələPress.info-nun klubun rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı mütəxəssisə fəaliyyətinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib. 

"Qırmızı-qaralar" onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” Qurbanovun rəhbərliyi altında Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün qalibi olub.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense