ABŞ ordusu Əfqanıstanı tərk edir 

QəbələPress.info
title

Amerika Birləmiş Ştatlarının prezidenti Donald  Tramp Əfqanıstanda yerləşdirdiyi əsgər sayını azaldacaq.

 

QəbələPress.info  ABŞ-ın Əfqanıstanda 14 minə yaxın  əsgəri var. Əfqanıstandakı Taliban hərəkatı ilə razılaşmada əsgər sayının 8 min 600-ə qədər azalacağı gözlənilir.

ABŞ prezidentinin verdiyi açıqlamada bildirilir ki, əsgərlərin sayı azaldıldıqdan sonra qarşıda bu istiqamətdə başqa işlər olacaq.

Tramp onu da  deyib ki, Taliban hərəkatı ilə danışıqlar planlaşdırılsa da hələ bu sahədə bir qədər tərəddüd edir.

 

Qeyd edək ki,  Taliban hərəkatı 1994-cü ildə formalaşıb. Taliban tərəfindən idarə olunan ərazilərdə ciddi izlənilən şəriət qanunları yeridilir. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), açıq formada seks və bu kimi mövzular danışmaq qadağandır. Hərəkat bütün Əfqanıstanda zor tətbiq edib , hökumətlə mübarizə apararaq  hakim qüvvəyə çevrilmək niyyətindədir./modern.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense