Bu il  Qəbələdə modul tipli iki məktəb binası istifadəyə veriləcək

QəbələPress.info
title

Qəbələ rayonunun Qaradeyn kənd tam orta və Şəfili kənd ibtidai məktəbləri üçün quraşdırılan 80 və 20 şagird yerlik modul tipli binalar “Bilik günü”ndə şagirdlərin istifadəsinə veriləcək.

QəbələPress.info  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə  rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, Vəndam qəsəbəsində 2 saylı tam orta məktəb üçün Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına inşa edilən 360 şagird yerlik yeni məktəb binasının tikintisi də başa çatmaq üzrədir.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son iki ildə rayonun Seyidqışlaq, Cığatelli, Laza və Zərgərli kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense