Qəbələdə yanğın baş verib.  

QəbələPress.info
title

Qəbələdə yanğın baş verib. 

QəbələPress.info xəbər verir ki, hadisə Seyidqışlaq kəndinin yaxınlığındakı dərə ərazisində qeydə alınıb. Alovun qısa müddət ərzində şiddətlənməsi Seyidqışlaq kəndini, eləcə də "Dəşmir" sahəsini təhlükə altında qoyub. Vəndam qəsəbə İnzibati Ərazi Dairəsi  üzrə nümayəndəliyinin, qəsəbə bələdiyyəsinin rəhbərliyinin operativ işləri və qəsəbə sakinlərinin yaxından köməkliyi sayəsində alovun geniş sahəyə yayılmasının qarşısı alınıb.

Əraziyə FHN-in şimal-qərb bölgəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Rayon İcra Başçısının köməkliyi ilə sahəyə yanğınsöndürən helikopterlər cəlb olunub. 

Alov söndürülüb. 

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense