Adını deməyən şəxs marketin “nisyə dəftəri”ni satın aldı - Türkiyədə

QəbələPress.info
title

Türkiyənin Antalya şəhərində hər kəsin təəccübünə səbəb olacaq hadisə yaşanıb. 

QəbələPress.info xəbər verir ki, adını açıqlamayan xeyirxah biri Soğuksu məhəlləsində marketin “nisyə dəftəri”ni satın alıb. 

Mağaza sahibi Osman Cengiz obyektinin qarşısına afişa asaraq hər kəsin borcunun ( 6 min 500 TL) ödəndiyini elan edib. 

“Dəftərin şəklini göndərdik. Elə yerindəcə pul hesabımıza göndərildi. Kimliyini bilmirik, sağ olsun. Dəftəri cırıb rəfə qoydum. Bizdən tək istəyi mağazanın qarşısına afişa vurmağımız oldu. Borcunu ödəməyə gələnlər həm təəccübləndi, həm də sevindilər”- deyə O. Cengiz bildirib./“Qafqazinfo”/ 

 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense