Qəbələ məzunlarının uğurları 

QəbələPress.info
title

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 900 nəfərədək qəbələli məzundan 485 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 34 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

QəbələPress.info xəbər verir ki, bu barədə AZƏRTAC-a Qəbələ Rayon Təhsil Şöbəsindən  məlumat verilib.

Ali məktəblərə qəbul imtahanlarında ümumi təhsili qızıl medalla başa vuran şəhər 4 saylı tam orta məktəbin məzunu Jalə Səfərəliyeva rayon üzrə hamıdan çox - 675 bal toplayaraq, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. İmtahanlarda 673 bal toplayan Vəndam qəsəbə 1 saylı tam orta məktəbin məzunu Sona Pənahlı Bakı Ali Neft Məktəbinin, şəhər 2 saylı tam orta məktəbin məzunu Natiq Kərimov isə 670 bal toplayaraq, Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıblar.

Tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 4 məzun qızıl, 1 məzun isə gümüş medala layiq görülüb, 29 nəfərə fərqlənmə attestatı verilib.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense