Prezidentliyə homeseksual namizəd - Ərəb dünyasında ilk

QəbələPress.info
title

Tunisdə 15 sentyabrda keçiriləcək Prezident seçkilərində iştirak etmək üçün 98 nəfər namizədliyini irəli sürüb.

QəbələPress.info  xəbər verir ki, bunların arasında Liberal partiyasının dəstəklədiyi hüquqşunas Münir Batur da var.

Münir digərlərindən fərqləndirən onun homeseksual olmasıdır. Batur ərəb dünyasında ilk homeseksual prezidentliyə namizəddir.

"Euronews"ə danışan Batur namizədliyini açıqladıqdan sonra ölüm təhdidləri aldığını bildirib.

O, LGBT üzvlərinə "xəstə" deyənlərə səslənib: "Əgər xəstəlik dediyiniz homeseksuallığa bir dərmanınız varsa, onu bizə verin Tunis tibb üzrə Nobel mükafatını qazansın".

Baturun sözlərinə görə, LGBT üzvləri Tunisdə fəlakət kimi qəbul olunur və onlara buna görə 3 il həbs verilir. Halbuki həbslərlə onların homeseksuallığını aradan qaldırmaq mümkün deyil. Belə çıxır ki, LGBT üzvləri ömür boyu həbs qalmalıdır.

Qeyd edək ki, namizədlərin qeydiyyatı avqustun 31-də baş tutacaq. 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense