İsmayıllıda evdən qaçan gəlinin məktubu tapıldı

QəbələPress.info
title

İsmayıllının Qalınçaq kəndindən yoxa çıxan 3 uşaq anasının yazdığı məktub tapılıb.

QəbələPress.info xəbər verir ki, gəlinin qohumlarından "Qafqazinfo"ya verilən məlumata görə, 2007-ci ildə Göyçayın Mallı Şıxlı kəndindən İsmayıllının Qalınçaq kəndinə gəlin köçən və hazırda 3 uşaq anası olan Pərvanə Bədəlova ötən ayın 28-i gecə saatlarında uşaqlarından birini götürərək evdən gedib.

Qohumların sözlərinə görə, P.Bədəlovanın anası qızının yoxa çıxmasından sonra məktub tapıb. Məktubda "Məndən nigaran qalmayın, gəlib o biri uşaqlarımı da aparacam" yazılıb.

Hazırda İsmayıllı rayon polis şöbəsində Pərvanə Bədəlova  itkin düşmüş  şəxs elan edilərək, tapılması üçün zəruri tədbirlər həyata keçirilir.

Rəşad Türkoğlu


Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense