Makqreqor milyarder oldu

QəbələPress.info
title

İrlandiyalı qarışıq növlər üzrə (MMA) döyüşçü Konor Makqreqor özünü milyarderlər siyahısına salıb.

Bu barədə idmançı "İnstaqram" hesabında yazıb.

“Əvvəl mən milyarderlər üçün döyüşürdüm. İndi isə onlardan biri olmuşam”, - sözlərini yazan 31 yaşlı Makqreqor rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla olan son döyüşündən foto yerləşdirib.
Ötən ay “Forbes” jurnalı Makqreqoru ən çox qazanan məşhurlar siyahısına daxil etmişdi.
Həmin siyahıda idmançı 65-ci sırada qərar tutub. Jurnalın qiymətləndirməsinə əsasən, Makqreqor il ərzində 47 milyon dollar qazanıb.
İdmançı həm də şəxsi markası olan “Proper Twelve” viskisinin istehsalçısıdır. 2019-cu ilin aprel ayına qədər bu məhsulun satışından 40 milyon dollar əldə edib.
Həbiblə olan sonuncu döyüşündə çempion titulunu özünə qaytara bilməsə də, bu ona milyonlar qazanmağa mane olmayıb.

Qeyd edək ki, idmançının hesabında 21 qələbə və 4 məğlubiyyət var.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense