Paşinyanın avantürist bəyanatları daxili auditoriyaya hesablanıb

QəbələPress.info
title

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, xalqımızın əzəli və əbədi torpağı olan Qarabağı Ermənistan torpağı adlandırması Azərbaycan ictimaiyyətində dərin hiddət və qəzəb doğurub. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri  Habil Niftalı bu barədə dedi: 

- Paşinyanın primitiv, məsuliyyətsiz və təhrikçi bəyanatları açıq-aşkar populizmdir. Fikrimcə, onun bu addımı, ilk növbədə daxili auitoriyaya ünvanlanıb. Belə ki, bu gün Ermənistanda siyasi, hərbi və maliyyə klanları arsında amansız mübarizə gedir. Naşı, populist siyasətçi olan Paşinyan həmin klanları özünə tabe etmək iqtidarında deyil. Ermənistan əhalisinin böyük bir qismi səfil həyat tərzi yaşamağa məcbur edildikləri üçün hazırkı iqtidardan, ilk növbədə Paşinyandan ciddi narazıdır. Onun siyasi karyerasının sonu yaxınlaşır. Buna görə də Qarabağ kartından sui-istifadə edərək Ermənistan ictimaiyyətinin başını qatmağa çalışır. 
Fakt budur ki, Ermənistan hökumətinin başçısı Qarabağı Ermənistana birləşdirməyə çağırmaqla özünün təcavüzkar siyasət xəttini ortaya qoyur. Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatlar bu faktı gözardı edir, Ermənistan rəhbərinin riyakar, qanunazidd hərəkətlərinə ədalətli siyasi və hüquqi qiymət verməyə tələsmirlər. 
Bu məqamda qlobal medianı da qınamamaq olmur. Ermənistanın baş nazirinin heç bir əndazəyə sığmayan siyasi avantürası özlərinin qərəzsiz və obyektiv olduqlarını iddia edən dünyanın aparıcı mətbu nəşrlərinin, media qurumlarının niyə “diqqəti”ndən kənarda qalmaldır?! 
Görünən budur ki, Paşinyan bu gün özündən əvvəlki hərbi və siyasi cinayətkar rejimlərin başçıları olan kocaryanlardan, sarkisyanlardan heç nə ilə fərqlənmir, əksinə, bəzi hallarda hətta, onlardan da “qabağa” keçir, bütün hədləri və sədləri, əndazəni aşır. 
Lakin qoy Paşinyan və tərəfdarları bilsinlər və Dağlıq Qarabağ Azərbaycanındır, qədim türk yurdudur, Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir. Şübhə yoxdur, ən yaxın gələcəkdə Azərbaycan Ordusu, xalqımızın mərd igid əsgər və zabitləri özgə torpaqlarına göz dikənlərin layiqli cavabını verəcəklər. 

 

Söhbəti qələmə aldı:
“M.HACIXANLI,
“Xalq qəzeti” 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense