İŞİD-in azərbaycanlı gəlinləri - Video

QəbələPress.info
title

Suriyanın İslam Dövləti qrupunun nəzarətindəki son istehkamından evakuasiya edilən insanların çoxunun qrupun döyüşçüləri ilə qohumluğu var. Suriyada ekstremist yaraqlıların dul qalmış arvadları və uşaqları xaricilər üçün xüsusi düşərgədə saxlanılır.



QəbələPress.info
xəbər verir ki, "Amerikanın Səsi"nin bu yaxınlarda Suriyanın Əl-Hol düşərgəsinə baş çəkən müxbiri Mutlu Çiviroğlu oradakı qadınların vəziyyəti ilə tanış olub.

O, düşərgədə qeyri-insani durumun, çirkablıq və anti-sanitariyanın hökm sürdüyünü deyib. Uşaqların vəziyyətini açınacaqlı adlandıran Çiviroğlu hökumətləri onları qəbul etməyə çağırıb. Müxbir qadınların, xüsusilə Avropa ölkələrindən gələn qadınların hökumətlərinin onları qəbul etmək istədiyini bildirib.

Adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini deyib. Həyat yoldaşının Kobanyada öldürülməsindən sonra bu düşərgəyə sığınan Ayişə düşərgədə yaşanan çətinlikləri haqda da danışıb.

Anasının xristian, atasının şiə olduğunu deyən digər bir azərbaycanlı qadın anasının onu qəbul etmək istəmədiyini bildirib.

Mutlu Civiroğlu iki həftə öncə 14 yaşlı azərbaycanlı qızın nənəsinin də iştirakı ilə boğularaq öldürüldüyünü deyib. Qızın günahı isə başını örtmək istəməməsi olub./Qafqazinfo.az/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense