Qəbələdə icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib. 

QəbələPress.info
title Rayonda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib.

Qəbələ Rayon Mədəniyyət Mərkəzində əhalinin icbari tibbi sığortası ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova son vaxtlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən irimiqyaslı sosial layihələrdən bəhs etmiş, 2020-ci ildən ölkəmizdə tətbiq olunacaq tibbi sığortanın ə
həmiyyətindən danışmışdır.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov ölkəmizdə, o cümlədən rayonumuzda əhaliyə göstərilən səhiyyə xidmətinin gündən-günə yaxşılaşması və onun maddi texniki bazasının müasir tələblərə cavab verə bilən səviyyədə olması üçün həyata keçirilən tədbirlər barədə məlumat vermiş, tibbi sığortanın həyata keçirlməsi sayəsində bu sahədə işin daha da yaxşılaşacağını bildirmişdir.

Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul işçisi Pərvin Baxşalıyeva icbari tibbi sığortanın əsas mahiyyəti, icbari tibbi sığortanın əhatəsinə daxil olan xidmətlər barədə, agentliyinin məsul işçisi Elvin Abbasov isə icbari tibbi sığorta haqlarının miqdarı və ödənilməsi qaydaları haqqında məlumat vermişlər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır./Qəbələ RİH/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense