Göyçayda spirtli içki zavodu yanıb

QəbələPress.info
title

Göyçay rayonunda spirtli içki istehsal edən müəssisədə yanğın baş verib.

QəbələPress.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yalman kəndində qeydə alınıb.
Sahibkar Vaqif Məmmədova məxsus “Emil” firmasının köhnə konyak zavodunun yerində fəaliyyət göstərən spirtli içki istehsalı müəssisəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ümumi sahəsi 465 kvadratmetr olan zavodun məhsul saxlama anbarının 300 kvadratmetrlik tavanı və spirt istehsalı sexinin 50 kvadratmetrlik çardağı yanıb.
Müəssisənin tavanı tez alışan andölün materialından olduğu üçün alov qısa müddətdə zavodun hər yerini əhatə edib.
Hadisə zamanı zavodun 350 kvadratmetrlik hissəsi və həyatdəki bir hektar kol-kos yanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense