Qəbələdəki zəhərlənmə ilə bağlı son xəbər: 75 nəfər xəstəxanalıq olub - YENİLƏNİB

QəbələPress.info
title

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub. 

QəbələPress.info xəbər verir ki, bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib. 
O bildirib ki, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, qalanları kişidir:
“Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Rayon Mərkəzi Xəstəxanasında lazımi yardım edilib. Gecə saat 2-də xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər qalıb”.
Nazirlikdən qeyd edilib ki, baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. 
Xəstəxana gücləndirilmiş rejimdə işləyir. 

**********************************************************

Qəbələdəki toy mərasimində kütləvi zəhərlənmənin detalları bəlli olub.

Hadisə zamanı qidadan 72 nəfər zəhərlənib.

Zəhərlənən şəxslərdən 40 nəfəri Qəbələ rayon Mərkəzi Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hər iki tibb müəssisəsi gücləndirilmiş iş rejimində çalışıb. Səhiyyə işçilərinin səyi nəticəsində xəstələrdən böyük əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda Mərkəzi Xəstəxanada beş, Diqanostika Mərkəzində üç xəstənin stasionar müalicəsi davam edir.
Zəhərlənən şəxslərdən 1961-ci il təvəllüdlü İlqar Mikayılov, 1991-ci il təvəllüdlü Vahid Abdullayev, 1970-ci il təvəllüdlü Dilşad Abdullayev, 2012-ci il təvəllüdlü Nərmin Qurbanova, 2001-ci il təvəllüdlü Nurlan Əsgərov, 1992-ci il təvəllüdlü Rauf Mikayılov, 1969-cu il təvəllüdlü Sevgili Muradov, 1960-cı il təvəllüdlü Elnur Xurşudov, 1970-ci il təvəllüdlü Habil Nurəddinovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qəbələdə kütləvi zəhərlənmə olub.

Hadisə rayonun, Zərgərli kəndində qeydə alınıb.

Məlumata görə, toy məclisində 26 nəfər zəhərlənib.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, 26 nəfər qida zəhərlənməsi ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlər tərəfindən onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib.

Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Könül

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense