Ya mıxa vur, ya da nala... 
 

QəbələPress.info
title

Hey genəlib,hey şişirsən
Yersiz-yersiz irişirsən,
Kimə gəldi ilişirsən
Bakılı demiş, noolub ala...
Ya mıxa vur,ya da nala.
~~~
Qazanmaga xal gəzirsən,
Tula kimi yal gəzirsən,
Baglamaga şal gəzirsən
Gah bibisən,gah da xala,
Bakılı demiş,- noolub ala,
Ya mıxa vur, ya da nala
~~~
Min don geyib yaşayırsan,
Düzü əyib yaşayırsan,
Haqqı yeyib yaşayırsan,
Öyrəşmisən haram mala
Bakılı demiş,noolub ala,
Ya mıxa vur,ya da nala.

Yaşı yarı yetirmisən,                                            Abbas Qəmərvanlı
Necə məktəb bitirmisən,
Adamlıgı itirmisən,
Yavaş-yavaş,bala-bala,
Bakılı demiş, nooolub,ala
Ya mıxa vur,ya da nala.
~~
Hərlənirsən fagır-fagır,
Gözündən cin,şeytan yagır,
Özüm ölüm,əvvəi-axır
Gedəcəksən çala-çala,
Bakılı demiş,nooolub ala
Ya mıxa vur,yada nala.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense