Qəbələ cüdoçusu  bürünc medal qazandı. 

QəbələPress.info
title Qəbələ cüdoçusu Avropa Gənclər Yay Olimpiya Festivalında bürünc medal qazandı.



QəbələPress.info
-nun məlumatına görə, Azərbaycanın və “Qəbələ” İdman Klubunun cüdoçusu Gülşən Bəşirova Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında uğurla çıxış edib. Klubumuzun yetirməsi olan gənc cüdoçu 44 kq çəkidə qüvvəsini sınayıb.

Bəşirova ilk mərhələdə Mariya Qonzalesə (İspaniya) qalib gəldikdən sonra Anastasiya Balabana (Bolqarıstan) məğlub olub.
Gülşən təsəlliverici qarşılaşmada polşalı Natalya Stoklosanı  mübarizədən kənarlaşdırıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə hollandiyalı Joşlin Supusepa ilə üz-üzə gəlib. Yarışda 3-cü qələbəsini qazanan Bəşirova festivalın bürünc mükafatına yiyələnib.
Xatırladaq ki, Qəbələnin Abrıx kəndindən olan istedadlı cüdoçu 16 yaşını bu ilin fevralında qeyd edib. O, “Qəbələ” İdman Klubunun rayon bölməsinin yetirməsidir.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense