“Dinamo” - “Qəbələ” oyununun hakimləri açıqlandı

QəbələPress.info
title

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

QəbələPress.info xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ”nin yeni mövsümdəki ilk səfər matçının hakimləri də bəlli olub.

Avqustun 1-də Gürcüstanda Tbilisi “Dinamo”suna qarşı keçiriləcək qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edəcək. Boris Payçadze adına stadiondakı görüşün baş hakimi Petri Vilyanen, onun köməkçiləri Riku Vihreavuori və Mika Lamppu, dördüncü hakim isə Dennis Antamo olacaq.

Cavab oyununda hakim-inspektor vəzifəsi Yens Larsen (Danimarka), UEFA nümayəndəsi funksiyası Sergey Lisnikə (Moldava) tapşırılıb.

Qeyd edək ki, “Dinamo” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense