Ölüm xəbəri yayılan Prezident... 

QəbələPress.info
title

Ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ölkəsinin tibb sahəsində çalışanlara təbrik məktubu ünvanlayıb.

QəbələPress.info xəbər verir ki, o, Səhiyyə və tibb işçiləri günü ilə bağlı təbrikində Türkmənistanın səhiyyə sisteminin uğurlarından bəhs edib.

Berdiməhəmmədov qeyd edib ki, ölkənin səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verməsi üçün uğurla iş aparılır.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın “Qovorit Moskva” radiosu Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yayıb.

Türkmənistanın Rusiyadakı səfirliyi isə xəbəri təkzib edib.  

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense