"Qəbələ"dən ayrılan futbolçu "Zirə"yə keçib

QəbələPress.info
title

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

QəbələPress.info xəbər verir ki, "Qəbələ"dən ayrılan Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Cavid Hüseynovun "Zirə"nin mətbuat xidmətinə keçidi ilə bağlı açıqlama verib: "Zirə" rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. 

Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, "Zirə" ilə müqavilə imzaladığma görə şadam".

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “Keşlə”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense