Mehriban Əliyeva Rotşildlə görüşdü - FOTO

QəbələPress.info
title

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 29-da “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşildi Bakıda görməkdən məmnunluğunu bildirib.
Xatırladaq ki, bu ilin mart ayında Parisə səfəri çərçivəsində Mehriban Əliyeva David dö Rotşild ilə görüşü zamanı onu Bakıya dəvət etmişdi. Həmin səfər zamanı Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanmışdı.
“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu deyib.

Söhbət zamanı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. 

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense