Qəbələdə Nəsiminin 650 illik yubileyi keçirilib.

QəbələPress.info
title

Nəsiminin 650 illik yubileyi keçirilib.



Qəbələ şəhər 5 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Yubiley tədbirini açan məktəbin direktoru Zərnişan Ağamirzəyeva Nəsimi yaradıcılığı haqqında geniş çıxış edib. Qeyd olunub ki, İmadəddin Nəsimi Azərbaycan dilində şeirin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olub. Onun ana dilindən başqa fars və ərəb dillərində yazdığı divanlar şairin adının öz vətənindən çox-çox uzaqlarda, bütün yaxın Şərqdə şöhrətlənməsinə səbəb olub.

 Təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxışında Nəsiminin hər üç dildə yazdığı şeirlərin bədii cəhətdən sənətkarlıqla işlənildiyini, sairin qabaqcıl ideyalarının dövrün mürtəce qüvvələri tərəfindən şiddətli müqavimətə rast gəldiyini, öz şeirlərində cahil insanları tənqid etdiytini, insanları həyat gözəlliklərindən ilham almağa çağırdığını, müasirlərini həyat və kainatın sirlərini öyrənməyə, biliyə, mövcud qanun-qaydalara açıq gözlə baxmağa çağırdığını deyib.

Tədbirdə məktəbin şagirdləri “Nəsimi” filmindən müxtəlif fraqmentləri səhnələşdirib nümayiş etdiriblər. Şagirdlərin çıxışları alqışlarla qarşılanıb.




Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense