ÇAQQAL HACI SOLTAN DEYƏK,YOXSA?...  

QəbələPress.info
title

Bu gün səhər(səhəriniz xeyrə açılsın) qonşu qabağımı kəsir:
-Bəy,indi sən ağıllı adamsan da...
-Elə güman eləyirlər.
-Bir məsələdə ilişmişəm,köməyin lazımdır.
-Bacarsam.
..
-Qardaşımın qudası var,adı Soltandı,ayaması
çaqqaldı.Nəsilliknən bu ayama üstlərindədi.Niyəsini
bilmirəm,amma belə ləqəblər hər yerdə var.Məsələn
Şəkidə də çaqqal Əyyub olduğunu bilirəm.Dərd burası deyil,orasıdı ki,bu çaqqal Soltan həccə gedib, olub həci çaqqal Soltan.Amma belə deyəndə həci sözü çaqqala aid olur.Guya ki,həccə gedən çaqqaldı.Düz demirəm?..
-Düpbələmdüz.
-Vallah adamın ağzı əyilib gedib durar qəbahətinin
yanında.Hələ bu şükürlüsüdür.Çingiz müəllimi sən də tanıyırsan.
-Hansını?
-Aha,görürsən,ləqəbini deməmiş bilmədin hansı
...
Cingizi soruşuram.Çünki iki Çingiz var,ikisi də müəllimdi.Amma biri alkaşdı,
biri nyüton.İndi birincisi
həccə gedib.

Sən də soruşursan ki,hansı Çingiz? Necə deyim ki,alkaş həci Çingiz?Bundan da ağlamalısı var. İbadın qızlarını tanıyırsan?
-Eşitmişəm.
-A Bəy,o qızları rəis,prokuror tanıyır,icra başçısı
tanıyır,güya sən tanımırsan? ...Nə isə... Onu deyirəm ki, bu qızların adlarının qabağında peşələrini bildirən sözü hamı deyir.Bunlar qocaldılar,iş qabliyyətlərini itirdilər və bir-bir həccə getdilər.Bü günlərdə də sonbeşiyi həcdən gəlib,olub həcixanım.İndi mən onu necə çağırım? Q...həcixanım Sona,yoxsa həcixanım q...Sona?
-Hə,bu ciddi məsələdi.
-Lağ eləyirsən?
..
-Yox,ona görə ciddi məsələdi ki,son vaxtlar həccə gedənlərin xeyli hissəsi faizə borc verib borc alan,
qul haqqı yeyən,zina eləyən,şeytana papuş tikən iş
adamları,ya da əmək qabliyyətini itirmiş köhnə peşə sahibləri,yəni q... lardir.Onların da haqqını itirmək olmaz, yəni illərlə zəhmət çəkib qazandıqları ləqəbi,ayamanı adlarının qabağında demək lazımdı.Amma həci sözündən öndə,yoxsa sonra,bu mənim səlahiyyətim çatmayan məsələdi.Sən Qafqaz Müsəlmanlarının şeyxi hacı Allahşükür...

-A qonşu,bir dayan görüm.Bu kişinin peşəsi həci sözündən qabaq deyilir,hə... Deməli o birilər də o cür deyiməlidir.
-Yəni çaqqal həci Soltan,alkaş həci Çingiz,q
...həcixanım Sona,eləmi?
-Düpbələmdüz.
-Bir məsələni də dəqiqləşdirim.Q.sözü böyük hərflə yazılır,kiçik hərflə? Onların da haqqı çoxdu bu
camaatın üstündə.
-Onu da özün öyrən.Hər şeyi mən bilməli deyiləm ki...
-Düpbələmdüz.
..

Adil Hacıyev
jurnalist
Qəbələ

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense