Fazil Mustafa: “Səfirliklər Azərbaycan vətəndaşının pulunu mənimsəyirlər”

QəbələPress.info
title

“Yol hərəkəti haqqında qanunun müzakirəsi zamanı söz alan deputat Fazil Mustafa bir sıra nöqsanlara diqqət çəkdi. O, öncə avtomobil dayanacaqlarında yığılan vəsaitlərin mənimsənildiyini vurğuladı. Deputat qeyd etdi ki, Azərbaycanda hava limanına, avtovağzala 10 dəqiqəlik də girəndə ödəniş tələb olunur.

F.Mustafa səfirliklərin viza üçün müraciət edən Azərbaycan vətəndaşının pulunu mənimsədiklərini də vurğuladı: “Biz bütün sahələrdə boşluqları doldurmağa çalışmalıyıq”.

Deputat ötən gün Azərbaycanın ilk hərbi naziri olmuş Xosrov bəy Sultanovun 140 illiyi ilə bağlı keçirilən tədbirdən də danışdı: “Təsəvvür edin ki, Azərbaycan dövləti yaranır, altında torpaq yox, yanında Azərbaycan xalqı yox, amma Qarabağda general-qubernatoruluq yaradılır və ərazilərimiz erməni separatçılarından azad edilir. Bu mənada Xosrov bəy Sultanovun 140 illik yubileyi ilə bağlı tədbirlərin yüksək səviyyədə keçirilməsi Azərbaycanda vətənpərvərliyin yüksəlməsinə təsir edə bilər. Digər addımlar da atılmalıdır. Bizim məşhur diktorumuz var-Şəmistan Əlizamanlı. Ondan soruşdum ki, sizin əməyiniz qiymətləndirilibmi? Dedi millətə hamballıq bizim borcumuzdur. Amma bu adamları qiymətləndirməliyik, hərbi təqaüd verməliyik. Vətən üçün əziyyət çəkən, fədakarlıq edənləri qiymətləndirməliyik ki, vətəndaşlarımız üçün stimul oslun. Necə ki, prezident sərəncam verdi, “Difai”nin başında duran böyük şəxsiyyətimiz Əhməd bəy Ağaoğlunun yubileyi qeyd olundu. Mən buna görə cənab prezidentə təşəkkür edirəm. Hesab edirəm ki, Xosrov bəy Sultanovun yubileyi də dövlət səviyyəsində qeyd olunsa, gözəl olar. Bu kimi addımlarla biz məğlub olmuş xalq sindromundan çıxa bilərik”.

İclasa sədrlik edən Ziyafət Əsgərov isə iradını bildirdi: “Bütün bunlar hamısı doğrudur. Amma başa düşə bilmirəm, bütün bunların yol hərəkətinə aidiyyatı var? Sizin Feysbuk səhifəniz, Tvitter səhifəniz var, Fazil bəy! Elə fürsətdən istifadə edib hər şeyi burada danışmaq düzgün deyil axı. Bu qanunda müzakirə etməli nə var ki?”

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense