Qəbələdə səyyar görüş-qəbul keçirildi. 

QəbələPress.info
title Rayonun Yenikənd kəndində səyyar görüş-qəbul keçirilib.

Mayın 16-da Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Yenikənd kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilmişdir.

Görüş-qəbulda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Tədbirdəki giriş nitqində rayon icra hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, Prezident İlham Əliyevin diqqət və qayğıs
ı ilə Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Görüş-qəbulda xidmət təşkilatlarının rəhbərləri RİH-nin başçısına və tədbir iştirakçılarına yaşayış məntəqəsinin sosial durumu haqqında məlumat vermişlər. Sonra kənd sakinləri dinlənilmişdir. Çıxış edən vətəndaşlar əhalinin rifahının yaxşılaşdırılması, əraziyə asfalt yolun çəkilməsi, yeni artezian quyusunun qazılması və yaşayış məntəqəsinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, eləcə də digər sahələrdə görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Görüş-qəbulda kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər də irəli sürmüşlər. Onlar əraziyə təbii qaz xəttinin çəkilməsini, yaşayış məntəqəsində işıq xətlərinin təmir olunmasını, yeni tibb məntəqəsinin tikilməsini, uşaq bağçasında əlavə qrupun açılmasını xahiş etmişlər.

Görüşdə vətəndaşların qaldırdıqları məsələlərlə bağlı əlaqədar təşkilatlarının rəhbərlərinə RİH-nin başçısı tərəfindən müvafiq tapşırıq və göstərişlər verilmişdir./Qəbələ RİH/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Sərfəli qiymət və keyfiyyət

Google adsense