Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ekskursiyada olublar

QəbələPress.info
title

Beynəlxalq Muzeylər Günü çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisası üzrə təhsil alan I kurs tələbələri Qəbələ rayonu Tarix–Diyarşünaslıq Muzeyində ekskursiyada olublar.

QəbələPress.info-nun məlumatına görə,  tələbələrə muzey haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, muzeydə 2500 illik tarixi əks etdirən 14000-dən çox eksponat nümayiş olunur. Muzeyin 900 kvadratmetrlik binası, 13 ekspozisiya zalı, fondu, Heydər Əliyev xatirə otaqları, şəkil qalereyası, zəngin elmi kitabxanası, açıq səma altında təşkil olunmuş qədim daş abidələrdən ibarət sərgi meydançası var. Tələbələr muzeydəki qədim alban qəbir abidələri ilə tanış olublar.

Sonra isə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Açıq dərs” keçirilib.

Xatırladaq ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir./azərtac/

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense