Dinimiz məktəblərdə tədris olunsunmu? 

QəbələPress.info
title

Dinimiz məktəblərdə tədris olunsunmu?

Bu suala mən bir mənalı şəkildə bildirəm ki, xeyr.

Mən belə hesab edirəm ki,bu fikri ortaya atanlar dinimizin hansı vəziyyətə gəldiyini,İslam dünyasında gedən böhranın səbəblərini dərin araşdırmayan və ümumiyyətlə bu işin pərdə arxasını bilməyən məlumatsız insanlardır.

Məsələ burasındadır ki,bu gün şərti adlandırdığımız İslam dünyası dərin bir böhran keçirir.Təbii ki,bu böhranın səbəbləri çoxdur.Əsas səbəblərdən biri də məzhəbindən asılı olmayaraq bu dinin içinin tamamilə boşaldılaraq yerinə nagıllar,rəvayətlər,yalançı hədislər və.s doldurularaq tam bir riyakar,fürsətcil,mənsəbpərəst,insanları özünə tabe etmədə heç bir sərhət tanımayan ,,əməvi’’dininə  çevirmişlər.Bəli bu gün bütün İslam dünyasında Maviyə islamı hakimdir.Maviyəyə gündə lənət oxuyanlar belə onun yolunu getməkdədirlər.

Məzhələrin hər birinin özünə xas ritiuallarla dolu bir nemaklaturası vardır ki,bunlardan kənara çıxanıarı heç bir məsuliyyət daşımadan asanlıqla imansız(kafir)elan edilir.Hətda iş o dərəcəyə çatmışdır ki,ancaq Qurani Kərimə istinad edənləri rişxəndlə ,,Qurançı’’elan ederek toplumdan dışlayırlar.

Mənim ehtiyat etdiyim yuxarıda qısaca qeyd etdiyim bir düşüncənin minicik balalarımıza sıranaraq onların beyinlərinin qaraltılmasıdır.Bu təfəkkür fəlsəfəyə,püllüralizmə,liberallığa və.s...bəşəri dəyərlərə düşməndir.Bunların bir fəlsəfəsi var ki,oda axtarma,düşünmə,sorğulama ancaq inan yetər.

Gəlin görək məktəblərdə dinin tədrisi bir süvarişdimi? Məncə yox.

Bu gün bizim cəmiyyətin vicdanl,dürüst,əqidəli,əxlaqlı,milli-mənəvi və bəşəri dəyərlərə sahib olan olma ehtiyacı duyulur.O insanlara ki,dünyada gedən müsbət meyilləri görür,qiymətləndirir, öz millətinin və vətənində bu proseslərdən kənarda qalmasını istəmir.

2016-cı ildə Amerikada yaşayan özü müsəlman olan Pakistanlı bir professorun iki köməkçisi ilə bərabər ,,Quranı Kərimin əxlaq prinsiplərinə uyğun yaşayan millətlər haqqında beynəlxalq bir araşdırma aparmışdır. Bu araşdırmada birinci yeri inancı xristiyan olan İrlandiya tutmuşdur.İkinci yerdə Yeni Zellandiya,3-cü yer Finlandiya,4-cü yer İsveç  beləliklə 39-cu  yerə qədər hamısı Qərb ölkələridir.Müsəlman ölkələri arasında ən yaxşı göctərici Malaziyaya məxsusdur ki,oda 39-cu yerdir.Qardaş Türküyə 103,İran 136 və.s yerləri tuturlar.

Təkcə bu araşdırma İslam dünyasının necə bir böhran yaşadığını isbat etmirmi?

Belə anlaşılmasın ki, mən dinimizin övladlarımıza aşılanmasının əleyhinəyəm.Qətiyyən elə deyil.Əgər sırf Qurani Kərimin aşıladığı dəyərlər tədris olunsa,niyə olmasın?

Lakin bu işin baş verməsinə nəinki mən şübhə ilə yaşıram,hətda zərrəcə inamım yoxdur.Çünki müəllim öz bildiklərini şagirdə öyrədir.

Öyrədənlərin isə kimliyi məlumdur...

İxtiyar Axundlu
Qəbələ

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense