Adam edamdan əvvəl ölür...  

QəbələPress.info
title Yer kürəsinin Afrika qitəsində Malavi adlanan bir ölkə var. Afrika deyəndə gözlərimiz önünə keçilməz cəngəlliklər, hələ də ibtidai ənənələr və mövhumatla yaşayan qəbilələr, müxtəlif təcrübə viruslarının poliqonu gəlir.
Amma bəzən gözdən-könüldən uzaq künclərdə də maraqlı hadisələr baş verə bilir. Və həmin bu Malavinin Bayson Kaula adlı bir vətəndaşına bir gün qətl hadisəsində səhvən təqsirli sayılaraq edam hökmü çıxarılır. Malavidə qətl hadisələrində təqsirli bilinənlər qeyd-şərtsiz ölüm hökmünə məruz qalırmışlar. Əhvalatın heyrətamizliyi ondadılr ki, o, üç dəfə edamın kandarına gəlib, lakin hər dəfə də edamdan qaça bilib... çünki cəlladın iş günü bitmiş olub...
Həmin vaxt bölgədə yalnız bir cəllad olubmuş. O da ölkədən ölkəyə səfər edib edam hökmlərini yerinə yetirirmiş. Bir gün Baysona da deyilib ki, adı siyahıya salınıb və bir neçə saatdan sonra asılacaq. Lakin növbə ona çatanda cəlladın iş saatı bitib və edam saxlanılıb gələn dəfəyə.
Bu hal iki dəfə təkrarlanıb. Hər dəfə də günün sonunda Bayson özünün hələ sağ olduğunu hiss edib. Sonuncu dəfə isə o, siyahıda edam edilməyərək qalmış yeganə məhbus olub. Və onun bu halı ölkədə ümumiyyətlə, ölüm hökmünün ləğv olunmasına qədər davam edib.

1994-cü ildə Malavidə çoxpartiyalılıq və demokratiya qurulduqdan sonra bütün ölüm hökmləri dayandırıldı. Baysonu da başqa kameraya köçürdülər və edam hökmü ömürlük həbslə əvəz edildi. Orda o, həbsxana təhsil proqramında fəal iştirak etdi, özü də oxudu və oxutdurdu. Lakin düz 25 ildən sonra - 2007-ci ildə məhkəmə sistemində baş vermiş hay-küylü bir istintaq işi hər şeyi dəyişdi. Ögey oğlunun öldürülməsində ittiham olunan və bunu affekt vəziyyətində etdiyini sübut etməyə çalışan bir narkoman məhkəmədə qətldə təqsirini boynuna aldığı halda alternativsiz ölüm hökmünün qeyri-ədalətliliyinə iddia edir.
Onun iddiasına əsasən alternativsiz ölüm hökmü ədalətli məhkəmə və məhbuslarla Malavi konstitusiyası ilə təsdiqlənən qeyri-insani və alçaldıcı rəftara qarşı onların müdafiə hüquqularını pozurmuş. Müttəhim məhkəməni udur və həmin proses Malavinin məhkəmə sistemində qətl hadisələrinə münasibətdə yeni qaydaların tətbiqinə gətirir: yəni cəza müxtəlif hallara görə müxtəlif olmalıdır. Bu o demək idi ki, bütün ölüm hökmlərinə də yenidən baxılmalıdır. Beləcə, Baysonun da işinə yenidən baxılır və o, məhkəmə zalından azadlığa buraxılır. 

Bayson edama gedən adamın keçirdiyi hissləri bir cümlə ilə ifadə edib: adam edamdan əvvəl ölür. Məhkəmə onu azadlığa buraxanda isə xeyli vaxt müttəhimlər skamyasından dura bilməyib. Hər dəfə edamdan qurtulandan sonra yaşadığı sterslər onu iki dəfə intihara sürükləsə də alınmayıb. 
Baysonu normal həyata qayıtması üçün reabilitasiya mərkəzinə göndərdilər. Onun artıq 60 yaşı vardı. İndi o, bazar günləri könüllü şəkildə mərkəzə gedir və həmin çətinlikləri yaşamış digər keçmiş məhbuslara məsləhət verir. Özünün torpaq sahəsində yenidən təsərrüfat işlərinə başlayıb, perspektivdə qoca anası üçün yeni ev tikmək dayanır. 
Bu əhvalatı eşidəndən sonra xəritədə Malavi dövlətini axtardım. O Afrikanın cənubunda kiçik bir ölkədir. Vaxtilə Böyük Britaniyanın koloniyası olub. Əhalisi, adət-ənənələri, yaşayış tərzləri başqa Afrika ölkələrindəki kimidir. Və qaradərililərin bu "kiçik" ölkəsində hətta antidemokratik illərdə cəllad “əmək qanunlarına” əməl edib. Sən demə, türmədə təhsil proqramı, oxumaq imkanı var. Bir məhkəmə prosesi ilə məhkəmə sistemində islahata təkan verilməsi mümkün olub, keçmiş məhbus reabilitasiya keçir, torpaq sahəsini işlədir və üstəlik təzə ev tikmək istəyir. 
Bu qədər... Maraqlı cəlladın bir dəqiqə belə iş saatından əlavə işləməməsi ilə Baysonun üç dəfə edamdan qaça biməsidir, qalanları isə o qədər də “qeyri-adi” deyil, elə deyil?..

Arzu Qazıyeva
jurnalist

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense