Bakıda intihar edən 5-ci sinif şagirdi Fatimənin atası məktəbə hücum etdi: "Aktyorluq eləmə..."

QəbələPress.info
title

Xəbər verdiyimiz kimi Bakının Nizami rayonundakə 109 nömrəli məktəbin şaşirdi intihara cəhd edib.
QəbələPress.info Big.az-a istinadən xəbər verir ki, intihara cəhd edən V sinif şagidi Fatimə Əliyevanın atası Şamxal Əliyev 109 nömrəli məktəbə gedərək müəllimləri ittiham edib. Şamxal Əliyev müəllimlərə yaxınlaşaraq bildirib ki, qızımın intiharında günahkar sizsiniz. Daha sonra ata direktorun otağına gedib. Lakin direktoru otağında görməyən qəzəbli ata onun qorxub qaçdığını söyləyib.

Karidorda qızına dərs deyən müəllimlə rastlaşan ata ona bildirib ki, qızım intihar edən də siz hardaydınız?: "Qızıma tərbiyyəsiz dediklərinə görə intihara cəhd edib. Bu otaqda qızımı dəfələrlə təhqir ediblər".

Müəllim ata ilə birlikdə məktəbə gedən jurnalistdən vəsiqə tələb edib:"Bildirib ki, sizin bu cür məktəbə girməyə hüququnuz yoxdur. Uşaq sağsalamat evinə gedib. Öz evində atasının dərmanlarını içib. Evində zəhərlənib. Saat 4-də direkora zəng edib şagirdin dərman içdiyini dedilər. Başqa məlumatımız yoxdur. Uşaq özünü məktəbdə əxlaqlı aparıb. Daim nəzarət altnda olub".

Ata jurnalistlərə açıqlamasında bildirib ki, həmin günü qızımın vəziyyəti yaxşı olmayıb:"O, müəlliməsinə yaxınlaşıb bildirib ki, icazə verin anama zəng edim. Müəllim qızıma deyib ki, aktyorluq etmə. Get dərsində otur. Uşaq məktəbdən çıxanda yoldaşlarına deyib ki, özümü öldürəcəyəm. Dərsdən evə gəlib saat 2-də dərmanları içib. Biz onu axşam 8-də tapdıq. Mənə dəfələrlə direktor tərəfindən rüşvət təklif olunub. Məni dövlət orqanları ilə qorxudurlar. Hər şeyi valideynlərin üzərinə atırlar. İmtahan üçün rüşvət istəyirlər. Qızımın geyiminə, saçına ilişirdilər".

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense