Qadın arıçı: Ana arı ailənin şahıdırsa, niyə arıçılar yalnız kişilər olmalıdır? - VİDEO

QəbələPress.info
title

Masallıda qadın arıçı Qönçə Quliyeva arıçılıqla uşaq yaşlarından məşğul olur və bu sənətin sirlərini atasından öyrənib.

QəbələPress.info Oxu.Az-a istinadən xəbər verir ki, iki arı pətəyi ilə işə başlayan Qönçə xanım indi 100-dən çox arı ailəsinin sahibidir. 
Arı ailəsi minlərlə işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Amma bir ana arı ailənin şahı, kraliçası sayılır. Belədirsə, niyə arıçılar yalnız kişilər olmalıdır? Qönçə xanım da arıçılıqda stereotipləri qırmağa çalışır.
Belə ki, arıçıları gözümüzün qabağına gətirəndə, bu sahənin nümayəndələri həmişə kişilər olub. Kişi sənəti kimi tanınan arıçılıq haqqında xanım arıçının fikirləri isə tamam fərqlidir.
Masallının Ərkivan qəsəbə sakini Qönçə Quliyeva atasının yolunu davam etdirir və məşğul olduğu sahədə özünü çox xoşbəxt sayır. Özünün də dediyi kimi, o, arılarla nəfəs alır. Onun təsərrüfatında çiçək balına üstünlük verilir.
Həyatını arıçılıqla bağlayan Qönçə xanım 19 ildir ki, sərgi-satış yarmarkalarında iştirak edir. Bir kiloqram balın qiyməti isə 20 manatdır. Keçən il 15 kiloqram bal götürən təsərrüfat sahibi bu il məhsulu 25 kiloqrama çatdırmaq fikrindədir. Hazırda arılar bal toplama mövsümündədir.
Qönçə xanım arıçı qadınların sayının çox olmasını istəyir və 41 illik təcrübəsini başqaları ilə bölüşür.

Bu işə iki arı pətəyi ilə başlayan Qönçə xanım indi 100-dən çox arı pətəyinin sahibidir. Amma bununla kifayətlənməyən qadın arıçı onların sayını daha 100 ədəd artırmaq istəyir.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense