Qəbələ rayonunda əmək yarmarkası keçiriləcək 

QəbələPress.info
title

Qəbələ rayonunda əmək yarmarkası keçiriləcək.



QəbələPress.info
xəbər verir ki, rayonda işsiz və işaxtaran vətəndaşlar üçün "Əmək yarmarkası" təşkil olunacaq.

Yarmarka may ayının 21-də, Qəbələ şəhərində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati binasında keçiriləcəkdir. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkada boş iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.

Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına göndərilməsi, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaqdır.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense