Bu il Qəbələdə 75 hektarda tütün yetişdiriləcək

QəbələPress.info
title

Bu il Qəbələ rayonunun təsərrüfatlarında 75 hektar sahədə tütün əkilməsi planlaşdırılır.
Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Məhsul istehsalçıları qısa müddətdə 25 hektara yaxın sahədə tütün əkiblər.

QəbələPress.info xəbər verir ki, bu barədə  Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, builki mövsümdə fermerlər 5 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Xatırladaq ki, ötən il də qəbələli fermerlər 75 hektar sahədə tütün yetişdirib, 99 tona yaxın quru tütün istehsal ediblər.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense