Qəbələ Müalicə Diaqnostika Mərkəzində tədbir  

QəbələPress.info
title Qəbələ Müalicə Diaqnostika Mərkəzində Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Qəbələ Müalicə Diaqnostika Mərkəzində toplantı keçirilib. Toplantıda çıxış edən Mərkəzin baş həkimi Ceyhun Əhmədov Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

Mərkəzinin həkimi Kamal Məmmədov Ümummilli Liderin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Ulu öndər Heydər Əliyev siyasətinin əhəmiyyətini qeyd edən natiq dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib.

Toplantıda çıxış edənlər xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin səhiyyə sahəsinin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini diqqətə çatdırıblar.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense