Gizli eşq yaşayan qadını rüsvay etməklə hədələdi, pullarını aldı

QəbələPress.info
title

Bakının Səbail rayonu sakinindən şantaj yolu ilə 13 min manat alınıb.

QəbələPress.info xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
57 yaşlı P.İ. rayon prokurorluğuna müraciət edərək 2017-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına kimi tanışı – Biləsuvar rayon sakini 51 yaşlı A.İ. tərəfindən şantaj edildiyini bildirib.
Şikayət ərizəsinə görə, A.İ. qadını gizli eşq macərasını hər kəsə danışacağı ilə hədələyib. Yalnız pul müqabilində susmağa razılaşıb. Əvvəl zərərçəkən dələduzun şərtini qəbul etsə də, çox keçmədən səhvə yol verdiyini anlayıb.
Sirrin saxlanılmasına görə tələb olunan məbləğlər getdikcə artıb. Qadın bunun sonunun olmayacağını başa düşüb və prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.

Hazırda materiallar Səbail rayon Polis İdarəsinə göndərilib və fakt üzrə araşdırma başlanılıb. Hələlik faktla bağlı saxlanılan yoxdur.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense