Səməd baba dünyasını dəyişdi  

QəbələPress.info
title

Lap çoxdan tanıyırdım onu...Qonşumuz Ağabala dayının qohumu idi.  Tez-tez onlara gələrdi...  
Bir dəfə qaratikan kolundan düzəldilmiş hasarın qapı yerinə basdırılmış dirəyə bağladığı atı dostum Sarvanla açıb buraxmışdıq. Doğrusu atı minmək fikrimiz var idi. Bacarmadıq...  

"Cinayətin" izini iirmək üçün atı qovub oradan uzqlaşdırdıq. 5-10 dəqiqədən sonra  küçəyə çıxıb atını yerində görməyən sahibi 5-6 uşağın arasından bizim ikimizi yanına çağırdı. Əlindəki qamçısının belimizdə şaqqıldayacağından qorxa-qorxa ona yaxınlaşdıq. Zəhimli görkəmi vardı. Buxara papağının altından bizə zillənmiş baxışları bu görkəmi öz gölgəsində itirirdi. Mehriban, mülayim baxışları bizim şallaq yeməyəcəyimizdən xəbər verirdi... Üzümə diqqətlə baxıb:

-Bir də ata yaxın durma, dişləyər-dedi.

Bilmirəm, cəzasız qalan əməllrimmi, onu sakitcə bizə heç nə demədən səbrlə qamçısını əlinə alıb çaya tərəf atı axtarmağa getdiyimi utandırdı bizi...Həm də sevdik onu... 

Söhbət bu gün dünyasını dəyişmiş 1930 cu il təvəllüdlü Səməd babadan gedir...

Yaşadığı Əmirvan kəndində,  Qəbələnin hər yerində, eləcə də yaxın rayonlarda onu  hamı Səməd baba kimi tanıyırdı. Mən də belə tanımışam.  Elə indi də onun soyadını bilmirəm.  Bəlkə də çoxları bilmir...

O,sadəcə Səməd baba idi, bizim Səməd baba...  

Allah sənə rəhmət eləsin, bizim Səməd baba.

V.Əziz

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense