Bakıda narkotik satan baş redaktorla bağlı - Qərar 

QəbələPress.info
title

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor Şəfəq Ağacanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını vəsatətinə baxılıb.

QəbələPress.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Şəfaq Ağacanın barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İttihama görə, paytaxtın Nərimanov rayonu ərazisində Şəfəq Ağacan narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.

Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense