“Qəbələ” klubu Azərbaycan kubokunun ilk finalçısıdır. 

QəbələPress.info
title “Qəbələ” klubu Azərbaycan kubokunun ilk finalçısıdır.

Mayın 1-də futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib. Mərhələnin ilk cavab matçında “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Qəbələ”ni qəbul edib.
Görüşə fəal başlayan “Qarabağ” klubu 37-ci dəqiqədə hesabı açıb. Markos Madera vurduğu baxımlı qolla meydan sahiblərini hesabda önə çıxarıb. Birinci hissə “Qarabağ”ın minimal üstünlüyü ilə yekunlaşı
b – 1:0. İkinci hissənin 57-ci dəqiqəsində Dani Kintana yenidən qonaqları oyuna mərkəzdən başlamağa məcbur edib.
Lakin Qəbələ təmsilçisinin hücumçusu Davit Volkov 81-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüşdə “Qəbələ” 1:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə görə, “Qəbələ” Azərbaycan kuboku yarışlarının final mərhələsinə vəsiqə qazanıb.

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense