Heyf, bu günüm də it dərdi çəkməklə keçdi...  

QəbələPress.info
title

Alabaşda,qarabaşda nə günah? Bu tablonu rəhmətlik Məmməd Araz çəkib.Hər mitinqdə,konfransda,təzə qürum yarananda,tele ekranda,sosial mediyada bu tablonu görüb müəllifə rəhmət oxumaqla bərabər özümə sual da verirəm: doğrudanmı alabaşda,qarabaşda günah yoxdu?..

Axı itin də it mənliyi,it qeyrəti olmalıdır.İt var sahibi qısqırtsa da uşağa,qadına,şikəstə ,yıxılana hürmür...
Sizi bilmirəm mən belə qeyrətli it görmüşəm...

Zərdab yaxınlığındakı qışlaqlara yaz kampaniyası zamanı "təhkimçi"sifətində yoxlamağa gedəndə
Hacağa kişinin binəsində qalardım.O nəhəng cüssəsi ,həm də köhnə kişi olması ilə seçilərdi.Amma
onu qışlaqlarda məşhur eləyən itləri idi.Bu itlərin qorxusundan binənin ətrafına nəinki adam,heç cana-
var da hərlənə bilməzdi.Niyə?Ona gorə ki,Hacağa kişi itə yal verməzdi və bunu gizli saxlayardı. Niyə?..
Bu barədə sonda...
Xalq hərəkatının ilk yığıncaqları-səksəninci illərin sonlarında-yüksək səviyyədə keçərdi.Millətin qay-
maqları toplanardı,azadlığın yollarını müzakirə eləyərdi, hər dəfə görünən ışığa doğru bir addım qaba-
ğa gedərdi.Ta İnqilab küçəsində Neft Maşınqayırma institunun binasındakı iclasa qədər.Bu iclasda saq-
qallı,daqqa papaqlı,qəlyanlı,əxlaqsız danısmağı savad bilən gədələr peyda oldu.Sonra onlar artıb çoxal
dı,hər liderəm deyənin öz gədə dəstəsi əmələ gəldi. Özünə ,ləyaqətinə ,ən başlıcası,millətinə hörmət
eləyən ziyalılar,fədailər seyrəldi.Ta bu günə qədər...

Kimi getdi döyüşə,canını,malını,sabahını qurban elədi.Sonda da Qarabağı qoruya bilməməyin əza-
bından əridi getdi. Kimi getdi Qarabağa ,Yazı düzündə,Əsgəran qalasında hərbi geyimdə əlində avtomat şəkil çəkdirb yüyürüb gəldi 92-ci ildə parlamentin qabağına ki, qan tökmüşəm vəzifə verin.Layiq olmadığı vəzifəni aldı,saxlamağa gücü çatmayanda dondurdu,mitinqlərdən çəkilmiş şəkilləri qoltuğuna vurub cumdu səfirliyə ki,azadlığımı əlimdən alırlar,siyasi sığınacaq verin.İndi də oturub hasarın o üzündə bu millətin tarix boyu yetirdiyi pis-yaxşı nə varsa qara yaxır.
Bunu da ağlı kəsən kimi,yalı artıq düşən it kimi eləyir...
"Yaltuşqa, fahişə,oğraş,sənin ananı,ölənlələrin itnən yatsın,kartofburun "və sairə...
Yalı artıq düşən itin bir o qədəri də burada qalıb. Onlar da çəpərin bu yanından çirkab atırlar. Və ağılı başında  olan atalarımızın, -yəni yala cumanlardan xəbəri olmayan atalarımızın dediyi yerini tutur: itlə it boğuşdu,erməninin işi avanda duşdü...
Erməni Qarabağda yol çəkir,əyləncə yerləri tıkır,məsciddə donuz saxlayır. Həmin yala cumanların yemini bol eləyənlərin istədiyi bu deyilmi?..
92-ci ildə cəbhədən qoşunları çəkən,könüllüləri tərkisilah edən kim idi?Bu hərəkətin adı nə idi?
XƏYANƏT.
Ardınca Gəncə hadisələrinin məqsədi nə idi? Demokratik yolla seçilmiş höküməti silahlı yolla
devirmək.Həm konstitusiyada,həm də cinayət hüququnda bu əməlin tanımlanması var: XƏYANƏT. Üstəgəl ağırlaşdırıcı haldır ki,bu xəyanətlərin nəticəsində torpaqlar işğal olundu.Amma bu xəyanətin
arxasında kim dururdu?Özünü xalq hərəkatının lideri hesab eləyən altı nəfərdən dördü. Amma bu əməlin adını azadlıq hərəkatı qoydular.Eyni əməl cənubda baş verdi,sonra xususi təyinatlılarla...Hər iki hal eyni adamların oyunu olsa da adı başqa oldu. Oynayan eyni artistlər idi, oynadan başqa ,ad qoyan başqa.
Bir nazir də yadımızdadır:müxalifətə bir sürü gədə-güdə,nəvəsi yaşında ýurnalist qıza qancıq deyirdi.
İndi onun gədə dediyi "müxalif lider"çalışır ki,həmin "əzabkeş"i həbsxanadan çıxarsın.Bir deputat vardı ki,Mir Şahinə... yox,bu deputata etiraz edə bilməyəcəm. Biri Türk olmadığı ilə,biri erməni arvadı ilə,biri erməni anası ilə öyünür,biri dədəsinə 932 dəfə söyülməsimilə.Biri keçinin qulağını dişləməsi ilə fəxr edir, birinatasını tanımaması ilə...
Biri...,biri...Onlar çoxdular.Hər iki tərəfdə kifayət qədərdir.Amma onların arasında da fərqliləri var.
Əsgi var süfrə silərsən,əsgi var tualet...

İtin də it ləyaqəti olmalıdır.İt var sahibi qışqırtsa da şikəstə, körpəyə,qadına,yıxılana hürmür.Vallah var,billah var.
Atdığınız sümüyü,verdiyiniz yalı hayıf eləmiyin.Çünki ləyaqətsiz it bu gün müxalifətə hürəcək,sabah iqti-
dara. Hə,sizin başınızın itlərə qarışmağının millətə xeyri var.Çünki itlə it boğuşar,yolçunun işi avanda düşər...

 Bu millətin,xalqın,toplumun böyük əksəriyyəti şərəfi ilə çalışır,ölkə üçün ləyaqətli övlad böyüdür,namuslu ailə saxlayır. Siz işinizə,millət işinə deməmişdən əvvəl Hacağa kişinin məsləhətini çatdırım:itə yal verməyin,tənbəl, bivec,şarlatan olacaq.Boğuşmağı,yeri düşsə qaçmağı bilməyəcək.
İtə ətsiz də olsa sümük verin ki,dişləri bərkisin,mübarizə aparmağı ,heç olmasa özünü qorumağı öyrənsin.
Heyf bu günümdən ki, it dərdi çəkməklə keçdi...
İt də düz-əməlli it ola...

Adil Hacıyev

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense