Bir-birindən zırpı "bəs"lər...

QəbələPress.info
title

Müsəlman hər kəsin xeyrini istə məli və insanlara kömək etməkdən zövq al malıdır . Din qardaşlığı m üsəlmanların dini əmrlər çərçivəsində bir-birinə kömək etməsini zərurətə çevirir. Özü üçün xeyirli bildiyini başqaları üçün istəməmək İslam əxlaqı ilə daban-dabana ziddir.

 Yaxşılıq etmə üsulları şərait və mühitdən asılı olaraq dəyişir. Bunlar qəlb həssaslığı, ürəkdən gələn yaxşılıq istəyi, xeyirxahlıq hissi, Allahın razılığını qazanmaq arzusudur . Həm də hər bir müsəlman yaxşılıq etdikcə özündə rahatlıq tapmalı, mənən yüngülləşməlidir.

Axı, "biz etdiyimiz günahlardan başqa etmədiyimiz yaxşılıqlardan da sorumluyuq".  Amma, hər kəs öz imkanı çərçivəsində eləməlidi bu yaxşılığı, bu xeyirxahlığı...

Əlqərəz, bunları yazmaqda məqsədim onsuz da hamının,- əsasən də "əlhəmdulilləh, mən müsəlmanam" deyənlərin bildikləri islam qanunlarını,-Allahın (c.c) əmrlərini, peyğəmbər (s.ə.s) tövsiyyələrini təkrarlayıb oxucuların vaxtını almaq deyil.  Məqsədim...

Bu günlər bizə Qəbələ rayon Vəndam qəsəbə cümə məscidinin imamının möminləri təzəcə əməliyyat olunmuş, otaqlarında evin damından sızan yağışı toplamaq üçün düzülən qablardan az qala tullanaraq gəzmək məcburiyyətində qalan birinə köməyə çağırdığını dedilər. Heç olmasa xəstə bir insanın yaşaması üçün minimum şərait yaratmaq istəyi ilə atılan bu addımı dəstəkliyənlər də olub. Müəyyən miqdarda pul da yığılıb. Lap gözəl!.. Məqsədim bunu da reklam etmək, ya da kimə isə "sağ ol" demək  deyil...

Məqsədim budur ki,qəsəbədə 3 samballı tikinti mağazası fəaliyyət göstərir, ki onların da sahibləri Hacılardır,-yəni həcc ziyarətinə getmiş möminlərdir. Və onlar demək olar ki, bu fərz və bahalı ziyarəti bir neçə dəfə ediblər. Məqsədim onları bu işdə suçlamaq, ya da "əhsən" demək də deyil. Pulları var qoy 100 dəfə getsinlər. Allah qəbul eləsin. Amma, onlar üçün bu məbləğ elə də çox deyil axı... Kömək də savab qazandıran hərəkətdir, müstahabdır... Yenə də "bəs"lər meydana çıxır, b əs din qardaşına   kömək, bəs "qonşusunun qarnı ac ikən tox gəzən bizdən deyil" hədisi, bəs qardaşlıq, bəs...

Bax, məqsədim budur. Əlbətdə  heç kim onlara pul qazanıb verməyib ki, hara xərcləmələrinə də nəzarət etsin. Amma müsəlmançılıqdan danışanda hamımız ağızdolusu danışmağı sevirik... Ona görə də bizdən kömək umanlar var... Kasıb da, qoca da, şikəst də, damından su daman mömin də... Nə qədər ki, sözümüzlə hərəkətimiz üst-üstə düşməyəcək "bəs"lər meydan oxuyacaq... 

Bəs...

Bu yazını yazmaqda da məqsədim bu "bəs"lər oldu.Yazdıqca da çoxlu "bəslər" çıxdı ortaya.
Özü də biri-birindən zırpı...

V.Əziz
QəbələPress.info

Bölmənin maraqlı xəbərləri

Sürücülük vəsiqəsi imtahanı

FreeCurrencyRates.com

Hava proqnozu

Burada reklamınız ola bilər

Sərfəli qiymət və keyfiyyət

Google adsense